Xaricdə təhsil alanların diplomları necə tanınır?

 Xaricdə təhsil alanların diplomları necə tanınır?
  02 Sentyabr 2024    Oxunub:379
Azərbaycandan yüzlərlə gənc təhsil almaq üçün xarici ölkəyə üz tutur. Hər il olduğu kimi bu il də xaricdə oxumağa gedənlərin sayı çoxdur. Bəzi hallarda həmin tələbələr ölkəyə qayıdan zaman onların diplomları tanınmır.
Bəs, xaricdə təhsil alanların diplomları necə tanınır?

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İnformasiya və İnsan resursları şöbəsinin müdiri Rövşən Nəzərov AzVision.az-a bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən tanınma icraatı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən aparılır:

"Qaydaların 4-cü hissəsinə (https://e-qanun.az/framework/54957) əsasən sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması, sənədin autentik (həqiqi) olması; sənədin aid olduğu təhsil səviyyəsinin göstərilməsi və bu səviyyənin Milli Kvalifikasiya Çərçivəsinə uyğunluğu,nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması tanınmaya dair tələblərə aid edilib.

Qaydaların 3-cü maddəsinin 3.10.1-ci yarımbəndinə əsasən bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina edilir".

Həmidə İbrahimova
AzVision.az


Teqlər: diplom   xaricdətəhsil  





Xəbər lenti