YAP-ın parlament seçkilərində 68 namizədi liderdir

   YAP-ın parlament seçkilərində 68 namizədi liderdir
  02 Sentyabr 2024    Oxunub:322
Azərbaycanda sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin ilkin açıqlanan nəticələrinə görə Yeni Azərbaycan Partiyasının (YAP) 68 namizədi liderdir.
AzVision.az verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının saytında məlumat yerləşdirilib. İlkin açıqlanan nəticələrə görə, 45 nəfər bitərəf namizəd öz dairələrində qalib gəliblər.

Qeyd edək ki, artıq seçki məntəqələrinin 100 faizi yekun protokollarını Mərkləzi Seçki Komissiyasına təqdim ediblər.

AzVision.az



Teqlər:





Xəbər lenti