Bakı İrəvanı ciddi şəkildə düşünməyə çağırıb

   Bakı İrəvanı ciddi şəkildə düşünməyə çağırıb
  02 Sentyabr 2024    Oxunub:988
Ermənistanın Konstitusiyasında və bir sıra normativ aktlarında hələ də Azərbaycana qarşı ərazi iddiaları var.
AzVision.az xəbər verir ki, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov serbiyalı həmkarı Marko Curiçlə keçirdiyi birgə mətbuat konfransında bu və digər məqamların sülh prosesinə ciddi təhdid yaratdığını diqqətə çatdırıb.

"Eyni zamanda Ermənistanın çox intensiv silahlanmasını qeyd etdim. Ermənistanın hərbi büdcəsi təxminən 50 faiz artıb. Bu, regionda sülhün və sabitliyin bərpasına mane olur. Ermənistanın bu sahədə yürütdüyü yanlış siyasət və bəzi dövlətlərin Ermənistana verdiyi qızışdırıcı dəstək regionda təhlükə olaraq qalmaqda davam edir”, - Ceyhun Bayramov vurğulayıb.

Azərbaycanın Xarici İşlər naziri onu da bildirib ki, əgər Ermənistan səmimi şəkildə sülh prosesində maraqlıdırsa, o zaman atdığı addımları ciddi düşünməlidir. Bu mənada, Bakı sözügedən müstəvidə ciddi dəyişikliklər gözləyir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:





Xəbər lenti