Almaniyada ifrat sağçıların qələbəsi Ukraynaya zərbədir

Almaniyada ifrat sağçıların qələbəsi    Ukraynaya     zərbədir
  03 Sentyabr 2024    Oxunub:1403
Almaniyada ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının İkinci Dünya Müharibəsindən sonra ilk dəfə yerli seçkilərdə qalib gəlməsi Ukrayna üçün fəlakət və NATO üçün ölümcül zərbə ola bilər.
AzVision.az xəbər verir ki, “The Telegraf” qəzetinin yazdığına görə, Ukraynaya, NATO-ya və ABŞ-a düşmənçiliyin, rusiyaya münasibətdə isə hüsn-rəğbətin birləşdirdiyi AfD ilə Sara Vaqenknextin populist ifrat sol partiyalarının birgə yüksəlişi və ifrat sağçıların uğuru Almaniyada liberal-demokratiya üçün ciddi təhlükə yaradır ki, bu Almaniyanın hüdudlarından kənarda da hiss olunacaq.

“Almaniya NATO-nun əsas üzvüdür. Onun parametrləri və gücü alyansı istənilən istiqamətə yönəltməyə imkan verir. Almaniyanın iqtisadi gücü olmadan Avropa Ukraynaya təzyiqin və hücumun qarşısını bilməyəcək. Bundan əlavə, kansler Olaf Şolzun koalisiyasındakı hər 3 partiyanın seçkilərdə alçaldıcı məğlubiyyəti faktiki olaraq onun hakimiyyətinin sonu deməkdir. Gələn il keçiriləcək federal seçkilər Şolzu vəzifədən uzaqlaşdıracaq və onun yerinə sağ mərkəzçi hökumət gələcək”, - nəşr vurğulayır.

Qəzetin fikrincə, yeni kansler, çox güman ki, Suriya və Əfqanıstandan sığınacaq axtaranların ölkəyə girişinə qadağa qoyacağını vəd etməklə artıq AfD partiyasının siyasətini dəstəkləyən Fridrix Merz olacaq. Bu siyasətçinin isə Ukraynaya daha səxavətli hərbi yardım tələblərinə məhəl qoymayacağı ehtimalı çox böyükdür.

Almaniyada yerli seçkilərdə hakim koalisiya məğlub olub
Qeyd edək ki, iki gün əvvəl Almaniyanın Türingiya və Saksoniya federal əyalətlərində keçirilən yerli seçkilərdə hakim koalisiyaya daxil olan siyasi qüvvələr ağır məğlubiyyətə uğrayıblar. Qələbəni isə ifrat sağçılar və ifrat solçular bayram edirlər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Almaniya   NATO   Ukrayna  





Xəbər lenti