Avqustda 18 əcnəbi sərhədi pozub

   Avqustda 18 əcnəbi sərhədi pozub
  03 Sentyabr 2024    Oxunub:379
Dövlət Sərhəd Xidməti tərəfindən 2024-cü ilin avqust ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya və narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində aşağıdakı nailiyyətlər əldə edilib.
Bu barədə AzVision.az -a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, ötən ay ərzində dövlət sərhədini pоzduqlarına görə 28 nəfər saxlanılıb, оnların 10-u Azərbaycan, 9-u Əfqanıstan, 4-ü Pakistan, 2-si Türkiyə,1-i Rusiya, 1-i İraq və 1-i Gürcüstan vətəndaşı оlub:

"Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində 7 nəfər saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılıb.

Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 754 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb".

Məlumatda qeyd edib ki, cinayətkarlığa qarşı mübarizə tədbirləri çərçivəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 311 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan olunan 655 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 13 nəfərin ölkəyə daxil olmasının qarşısı alınıb:

"Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 321 kiloqram 997 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 8439 ədəd həb aşkarlanaraq dövriyyədən çıxarılıb;

qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilmiş mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 4 milyon 022 min 156 manat оlan qaçaqmal, о cümlədən zinət əşyaları, dərman preparatları, spirtli içki və tütün məmulatları saxlanılıb. Dövlət sərhədlərinin еtibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam еtdirilir".

AzVision.az



Teqlər:





Xəbər lenti