Putinin köməkçisi: "MDB liderləri BRİKS sammitinə dəvət ediliblər"

      Putinin köməkçisi:    "MDB liderləri BRİKS sammitinə dəvət ediliblər"
  03 Sentyabr 2024    Oxunub:948
"BRİKS təşkilatına doqquz üzv ölkədən başqa Müstəqil Dövlətlər Birliyinə mənsub ölkələrin rəhbərləri də Kazanda keçiriləcək sammitə dəvət ediliblər".
Bu barədə mətbuata açıqlamasında Rusiya Prezidenti Vladimir Putinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov bildirib. Onun sözlərinə görə, dəvət həmçinin Afrika, Latın Amerikası, Yaxın Şərq və Cənub-Şərqi Asiyada üzrə bir sıra dövlət başçılarına da göndərilib.

"Sammitə, əlbəttə, BRİKSƏ-ə üzvlük və ya əməkdaşlıqlıq üçün müraciət ünvanlayan ölkələrin liderləri də çağırılıblar", - Uşakov vurğulayıb.
Bloomberg: "Türkiyə BRİKS-ə üzvlük üçün müraciət göndərib"

Putinin köməkçisinin açıqlaması ötən gün "Bloomberg" xəbər agentliyinin müvafiq xəbəri ilə uyğunlaşır. Belə ki, xəbərə əsasən, Türkiyə təşkilata üzvlük üçün rəsmi müraciət göndərib.

"Müraciətə BRİKS-in oktyabrın 22-24-də Kazanda keçiriləcək sammitində baxılacaq", - "Bloomberg" yazıb.

Həmin sammitdə Azərbaycanın da müraciəti nəzərdən keçirilə bilər.

Firudin Həmidli
AzVision.az


Teqlər:   BRİKS   MDB   Rusiya   sammit  





Xəbər lenti