Final biletinin qiyməti – 20 min dollar

Final biletinin qiyməti – 20 min dollar
  12 İyul 2014    Oxunub:894
Bazar günü Braziliyanın Rio de Janeyro şəhərində baş tutacaq Argentina-Almaniya final oyununun biletlərinin qiyməti “qara bazar”da 20 min dolları keçib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, çərşənbə günü 3-12 min dollar arasında dəyişən bilet qiymətləri birdən-birə 20 min dollara qalxıb.

Biletlərin rəsmi qiyməti isə 440-990 dollar arasında dəyişir.
Dünya kubokunun final oyununa ABŞ-dan gözlənilməz tamaşaçı marağı var.

FİFA-nın açıqlamasına görə, bu matçı stadiondan izləmək istəyənlər Marakananın tamaşaçı tutumundan 10 dəfə çoxdur.
Yəni Marakana stadionu 75 min tamaşaçı üçün nəzərdə tutulsa da 750 min futbol fanatı bu oyunu canlı izləmək istəyir.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti