Mədəniyyət və yaradıcı sənayelər üzrə xaricdə təhsil üçün sənəd qəbulu davam edir

   Mədəniyyət və yaradıcı sənayelər üzrə xaricdə təhsil üçün sənəd qəbulu davam edir
  03 Sentyabr 2024    Oxunub:1824
Mədəniyyət Nazirliyinin Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı çərçivəsində bakalavriat və magistratura səviyyələri üzrə xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı 15 avqust tarixində elan olunan sənəd qəbulu davam edir.
AzVision.az xəbər verir ki, yaşı 15-dən yuxarı olan, yaradıcı potensialını inkişaf etdirmək, MYS üzrə əmək fəaliyyəti ilə məğul olmaq istəyən, xarici ali təhsil müəssisələrinə qəbul olmuş və ya öz hesabına təhsil almaqda olan Azərbaycan Respublikası vətəndaşları təhsil xərclərinin qarşılanması məqsədilə Təqaüd Proqramına müraciət edə bilərlər.
Bakalavriat və magistratura səviyyələri üzrə aşağıdakı ixtisaslaşma istiqamətləri üzrə xaricdə təhsilin maliyyələşdirilməsi həyata keçirilir:

1. Audiovizual (musiqi, kino (o cümlədən animasiya), videoqrafiya və fotoqrafiya)
2. Dəb sənəti
3. Dizayn
4. Kuratorluq
5. Memarlıq
6. Tədbirlərin təşkili
7. Mədəni və yaradıcı sahə üzrə menecment
8. Nəşriyyatlarla işin təşkili
9. Oyun sənayesi
10. Teatr, komediya və performans
11. Yaradıcı texnologiyalar


Sənəd qəbulu 15 sentyabr 2024-cü il tarixinədək davam edəcək.

Təqaüd Proqramı ilə bağlı əlavə məlumatı göstərilən link (https://culture.gov.az/az/mm/15717) vasitəsilə əldə etmək, həmçinin aşağıda qeyd olunan telefon nömrəsi və e-poçt ünvanı ilə əlaqə saxlamaq mümkündür:

012 525 11 28 (daxili: 102 və ya 103)

[email protected]

AzVision.az








Teqlər:





Xəbər lenti