NYT: "Poltavanın vurulması Kiyevi ruhdan salıb"

    NYT:    "Poltavanın vurulması Kiyevi ruhdan salıb"
  04 Sentyabr 2024    Oxunub:1200
"Ukrayna Silahlı Qüvvələrinin Poltavadakı rabitə təlim mərkəzinə endirilən zərbə Donbasdakı məğlubiyyətlər fonunda Ukraynanı daha da ruhdan salıb.
Bu fikirlər ABŞ-nin “The New York Times” saytında dərc olunan məqalədəndir.

Kuleba istefa ərizəsi yazıb
Nəşr yazıb ki, bu əməliyyat Rusiyanın ən güclü hücumlarından biri olub: "Poltava faciəsi Rusiya ordusunun hansı imkanlara malik olmasını bir daha nümayiş etdirmiş oldu".

Rusiya Silahlı Qüvvələri sentyabrın 3-də səhər saatlarında Ukrayna ordusunun Poltavadakı təlim mərkəzinə “İsgəndər” ballistik raketləri ilə zərbələr endirib. Xeyli sayda hərbçinin öldüyü bildirilir.
Ukrayna prezidenti Vladimir Zelenski Poltava şəhərinin raket hücumuna məruz qalması nəticəsində ölənlərin sayının 51-ə, yaralıların sayının isə 271-ə yüksəldiyini açıqlayıb.
Rusiya mediasının yaydığı məlumata görə, ölən və yaralananlar arasında Ukrayna hərbçilərinə təlim keçməyə gələn xarici muzdlular da olub.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  





Xəbər lenti