“Tesla” Hollivudda robotaksi təqdim edəcək
Nəşrin həmsöhbətlərinin dediyinə görə, “Tesla”nın baş ofisi Texasda yerləşsə də, şirkətin hələ də Kaliforniyada dizayn ofisi var. Yeri gəlmişkən, “Tesla” öz məhsullarını film sənayesi ilə əlaqəli yerlərdə ilk dəfə nümayiş etdirmir. Belə ki, 2016-cı ildə şirkət Hollivud studiyasında günəş batareyası olan ev üçün dam örtüyünü təqdim edib.
“Tesla” əvvəlcə robotlaşdırılmış taksini avqustun 8-də təqdim etməyi planlaşdırırdı. Lakin sonradan təqdimat tarixi geri çəkildi. Şirkətdəki mənbə bildirib ki, buna səbəb korporasiyanın rəhbəri İlon Maskın avtomobilin dizaynında dəyişiklik aparmağı tələb etməsi olub. Şirkətdə bu məlumatı jurnalistlərə şərh etmək istəməyiblər.
Qeyd edək ki, avqust ayında “Tesla” korporasiyası Meksikada ən sərfəli “Model 3” avtomobilinin qiymətlərini aşağı salıb. Elektromobil ABŞ bazarında satılan avtomobildən daha sadə avadanlıqlara malik olması ilə fərqlənir.
Sahil İsgəndərov
AzVision.az