"Apple" ən azı 10 cihazı satışdan çıxaracaq

"Apple" ən azı 10 cihazı satışdan çıxaracaq
  04 Sentyabr 2024    Oxunub:318
"iPhone 16"-nın təqdimatından sonra "Apple" ən azı 10 cihazı satışdan çıxaracaq. Hər payız Amerika şirkəti bir sıra cihazların satışını dayandırır, əvəzində bazara yeni qurğular daxil olur.
AzVision.az xəbər verir ki, şirkət əvvəlcə "iPhone 15 Pro" və "15 Pro Max"ı mağazalardan çıxaracaq, onları müvafiq olaraq "iPhone 16 Pro" və 16 Pro Max ilə əvəz edəcək. "iPhone 14 Plus" da dayandırılacaq və sırada yalnız "iPhone 14" qalacaq.

Bundan əlavə, "Apple" brendin hazırda şirkətin onlayn mağazasında mövcud olan ən köhnə telefonu olan "iPhone 13"ün istehsalını həmişəlik dayandıracaq. Yeni "iPad mini"nin ilin ikinci yarısında bazara çıxması ilə altıncı nəsil planşet də istehsalını dayandıracaq.

"Apple Watch 9”, “Watch Ultra 2” və “Watch SE 2” modellərinin istehsalı dayandırılaraq digər smart cihazlarla əvəz olunacaq. "AirPods 2" və "AirPods 3" qulaqlıqları da köhnəlmiş hesab olunacaq və onlar "AirPods 4" ilə əvəz olunacaq.

Qeyd edək ki, "iPhone 16" və digər yeni "Apple" məhsullarının təqdimatı sentyabrın 10-da gözlənilir.

Həmidə İbrahimova
AzVision.az



Teqlər: Apple   iPhone   telefon  





Xəbər lenti