Bəzi çaylardan sel keçəcək

   Bəzi çaylardan sel keçəcək
  04 Sentyabr 2024    Oxunub:326
Sentyabrın 5-i gündüz bəzi dağlıq ərazilərdə, 6-7-də isə əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Bu barədə AzVision.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Qeyd edilib ki, çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

AzVision.az



Teqlər:





Xəbər lenti