Putin üçün ölümsüzlük iksiri hazırlanır - "The Times"

   Putin üçün ölümsüzlük iksiri hazırlanır    - "The Times"
  04 Sentyabr 2024    Oxunub:372
Rusiya prezidenti Vladimir Putinə yaxın olan məmurlardan biri alimlərə qocalma əleyhinə məhsullar hazırlamağı tapşırıb.
Bu fikirlər The Times-da dərc olunan məqalədəndir. Qeyd edilib ki, əvvəllər Qərb Putinin ölməsini Ukraynada müharibənin sona çatması üçün əlverişli variantlardan biri sayırdı.

"The Sun"dan iddia: "Putin xərçəngə görə ağır steroid və ağrıkəsicilər vurur"
İndi isə məlum olub ki, Rusiya prezidenti əbədi həyat ideyası, iksiri ilə məşğuldur.

2024-cü ilin oktyabrında Putinin 72 yaşı tamam olacaq. Rusiyada kişilərin orta ömür uzunluğu isə 67 sayılır. Onun ətrafında olan yüksək vəzifəli şəxslər də gənc yaşda deyillər. Rusiyanın Səhiyyə Nazirliyi tədqiqat institutlarından koqnitiv pozğunluqla mübarizə üsulları haqqında məlumat vermələrini tələb edir. Bundan əlavə, alimlər hüceyrələrin qocalması, osteoporoza qarşı mübarizə üsullarını, immunitet sisteminin gücləndirilməsinin yeni metodlarını araşdırırlar.

"Bizdən bütün araşdırma və əldə etdiyimiz nəticələri təcili şəkildə göndərməyimizi istədilər",- tədqiqatçılardan biri deyib.

Məqalədə həmçinin yazılıb ki, Rusiya Səhiyyə Nazirliyi həkimlərə toxuma və orqanlar yaratmağa kömək edəcək yeni texnologiyanı- 3D bioprinti fəal şəkildə araşdırmağa başlayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Putin   İksir  





Xəbər lenti