Bakıxanovda su olmayacaq

Bakıxanovda su olmayacaq
  04 Sentyabr 2024    Oxunub:321
Sentyabrın 6-sı saat 10:00-dan 16:00-a qədər Bakıxanov qəsəbəsinin bir hissəsində içməli suyun verilməsində fasilə yaranacaq.
Bu barədə AzVision.az -a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məmmədhəsən Hacınski küçəsi 3 ünvanında yerləşən qazanxananın giriş xəttinin üzərində quraşdırılmış siyirtmənin dəyişdirilməsi ilə əlaqədardır.

AzVision.az



Teqlər:





Xəbər lenti