Sabunçu rayonunda narkopritonda silahlı insident olub

Sabunçu rayonunda narkopritonda silahlı insident olub
  04 Sentyabr 2024    Oxunub:310
Bu axşam polis tərəfindən Sabunçuda evlərin birində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli əməliyyat keçirilib.
AzVision.az xəbər verir ki, polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs xidməti tabel silahı tətbiq olunmaqla zərərsizləşdirilib.

Narkopriton təşkil edən şübhəli şəxs əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Məmmədov Akif Zakir oğludur.

Hadisə yerindən 2 kq müxtəlif növlü narkotik vasitələr və “Makarov” markalı tapança aşkar olunaraq götürülüb.

AzVision.az



Teqlər:





Xəbər lenti