Bakı və Abşeronda güclü külək əsib

   Bakı və Abşeronda güclü külək əsib
  05 Sentyabr 2024    Oxunub:457
Bu gün saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti yağmursuz keçib.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata görə, sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Bakıda və Abşeron yarımadasında 21 m/s, Culfada 16 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.5 metrə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR -da 37, Aran rayonlarında 37, dağlıq rayonlarda 24 dərəcəyədək isti qeydə alınıb.

AzVision.az



Teqlər:





Xəbər lenti