ASAN könüllüləri “Bilik Karvanı” layihəsini reallaşdırırlar

ASAN könüllüləri “Bilik Karvanı” layihəsini reallaşdırırlar
  05 Sentyabr 2024    Oxunub:445
​“ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı çərçivəsində “Bilik Karvanı” layihəsinə start verilib.
​Bilik Gününə həsr olunan sosial təşəbbüs həssas qrupdan olan uşaqlara sevinc bəxş etmək, yeni tədris ilinə onları daha da həvəsləndirmək məqsədilə gerçəkləşir. ​Layihənin açılış mərasimində 1, 2 və 3 saylı Uşaq evi sosial xidmət müəssisələrindən 6-14 yaş kateqoriyasındakı 100 uşağa hədiyyələr təqdim olunub.

​Həmçinin iştirakçılar üçün “SİMART” Sağlam İnkişaf Platforması tərəfindən film saatı, “Start IT” şirkəti tərəfindən M-bot futbol, “Bilim Bakı” mərkəzi tərəfindən təbiət mövzusunda laboratoriya və müxtəlif ustad dərsləri təşkil olunub.

​ “Bilik Karvanı” layihəsi boyunca Azərbaycanın bir çox bölgəsində 600-dən çox uşağa məktəb çantası, ləvazimətları, kitablar və digər hədiyyələr təqdim olunacaq. Xatırladaq ki, “ASAN Məktub” sosial proqramı çərçivəsində indiyədək 10000-dən çox uşağın arzusu reallaşdırılıb.
Media tərəfdaşı ASAN TV və ASAN Radiodur/

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti