Paşinyan Rusiyanın qucağına “sərxoş oğul” kimi qayıdır - "Hraparak"

Paşinyan Rusiyanın qucağına “sərxoş oğul” kimi qayıdır  - "Hraparak"
  05 Sentyabr 2024    Oxunub:1495
Ermənistanın “Hraparak” qəzeti diqqət çəkən məqalə dərc edib. Müəllif iddia edib ki, baş nazir Nikol Paşinyan yenidən Rusiyameylli siyasətə qayıtmaq istəyir.
“İyulda dərc olunan məqalədə yazmışdıq ki, Paşinyan “Ana Rusiya”nın qucağına “sərxoş oğul” kimi qayıtmaq niyyətindədir”. O, yaxın ətrafına qapalı tolantıda payızda sürprizlərin ola biləcəyini söyləyib. Həmin vaxt bizi tənqid edənlər var idi. Deyirdilər ki, “Hraparak” pis yuxu görüb. İndi isə hən qüvvələr özləri də yazırlar ki, İrəvan artıq geriyə addım atır. Avqustun 31-də keçirilən mətbuat konfransında bununla bağlı ilk işarə verildi. Bu, Rusiyaya baş əymək idi və dünən öyrəndik ki, Ermənistanın BRİKS və MDB sammitlərində iştirak edəcək. BRİKS-in iclası oktyabrın 22-24-də Kazanda keçiriləcək".

Paşinyan "qoruyucu mələy"ini itirib
Məqalədə qeyd edilib ki, bəzi qüvvələr Nikol Paşinyanın Rusiya ilə bağlı ritorikasını dəyişməsini Putinin Bakı səfərindən 4 gün sonra Nikolla baş tutan telefon danışığı arasında əlaqə görürlər: "Demarkasiya hazırlıqlarına dair əsasnamə də təsdiqləndi. Bəzi məlumatlara görə, Putin Paşinyana Bakının Ermənistana təzyiqləri yumşaldacağını deyib. Bəlkə də buna görə Rusiyanın MDB və KTMT platformalarını boykot edən Paşinyan artıq sammitlərdə iştirak etmək qərarına gəlib. Zaxarova da müəyən mesajlar verib. O dünən bildirib ki, İrəvanın KTMT-nin fəaliyyətində tam iştirakını bərpa edəcəyini gözləyir".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Rusiya   Paşinyan  





Xəbər lenti