“Təhsilə yönəlik layihələrə dəstək olmaq, “Nar” üçün yalnız bir sosial məsuliyyət deyil, eyni zamanda ölkəmizin uğurlu gələcəyinin qurulmasına töhfə vermək deməkdir. Sizin inkişafınız ölkəmizin gələcək uğurlarının təməlini təşkil edir və biz bu yolda sizə dəstək olmağa davam edəcəyik”.
“Nar”ın artıq səkkiz ildir ki, ənənəvi olaraq davam etdirdiyi bu təşəbbüs mobil operatorun təhsilə verdiyi önəmini bir daha sübut edir. Operatorun həyata keçirdiyi digər layihələr haqqında ətraflı məlumatı nar.az/layihələr səhifəsindən əldə etmək olar.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
AzVision.az