Gülənin ABŞ-dakı məktəbləri də bağlandı

Gülənin ABŞ-dakı məktəbləri də bağlandı
  12 İyul 2014    Oxunub:909
ABŞ-ın Los Anceles ştatında nurçu lider Fətullah Gülənə məxsus məktəblər bağlanıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, fəaliyyəti dayandırılan 2 nurçu məktəbinin bağlanmasına səbəb kimi vergi öhdəliyini yerinə yetirməməsi göstərilir.

Bildirilir ki, özəl məktəblər olan “Magnolia Elmlər Akademiyası” 6 və “Magnolia Elmlər Akademiyası” 7 məktəblərinin bağlanmasına qərar verilib.

450 şagirdin təhsil aldığı məktəbə keçən il fəaliyyəti üçün 4 illik icazə verilmişdi.

Məktəb rəhbərliyi qərarın ləğvi ilə bağlı məhkəməyə müraciət edib və bu müraciətə iyulun 24-də baxılacaq.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti