İlham Əliyev: Sülh müqaviləsinin mətninin təqribən 80 faizi artıq razılaşdırılıb

    İlham Əliyev:    Sülh müqaviləsinin mətninin təqribən 80 faizi artıq razılaşdırılıb
  06 Sentyabr 2024    Oxunub:333
"Sovet İttifaqının süqutundan sonra ilk dəfədir ki, Cənubi Qafqazda sülhə nail ola bilərik. Bu gün Azərbaycanla Ermənistan arasında sülh istiqamətində aparılan danışıqlarda bunun mümkünlüyünü görürük".

AzVision.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı söyləyib.

Dövlət başçısı bildirib ki, iki ölkə arasında danışıqlar fəal şəkildə həyata keçirilir: "Sülh müqaviləsinin mətninin təqribən 80 faizi artıq razılaşdırılıb. Artıq sərhədin delimitasiyası prosesinə, hətta demarkasiyasına nail olmuşuq. Bəli, bu, kiçik bir addımdır. On üç kilometrlik hissə demarkasiya edilib. Bizim Ermənistanla 1000 kilometrlik sərhədimiz var. Ancaq bu, düzgün istiqamətdə atılmış addımdır və ümid edirik ki, sülh danışıqları ilə bağlı Azərbaycanın irəli sürdüyü bu təşəbbüs sülh sazişinin imzalanması ilə nəticələnəcək".

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər:





Xəbər lenti