Londonun mərkəzində II Elizabetin abidəsi ucaldılacaq

Londonun mərkəzində II Elizabetin abidəsi ucaldılacaq
  06 Sentyabr 2024    Oxunub:303
Böyük Britaniya kraliçası II Elizabetin (1952-2022) anadan olmasının yüz illiyi münasibətilə 2026-cı ildə Londonun mərkəzindəki Sent Ceyms Parkında abidəsi ucaldılacaq.
AzVision.az xəbər verir ki, bu barədə “The Daily Mirror” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Elizabetin ömrünün son saniyələrində yanında kim olub?
Nəşrin məlumatına görə, abidənin qoyulması üzərində kraliçanın keçmiş şəxsi katibi Robin Cenvrinin rəhbərlik etdiyi xüsusi komitə işləyir. Sent Ceyms Parkında abidənin ucaldılması planlarının gələn həftə sonu kraliçanın ölümündən iki il sonra rəsmən elan ediləcəyi gözlənilir.

II Elizabet 8 sentyabr 2022-ci ildə 96 yaşında Şotlandiyanın Balmoral qəsrində vəfat edib. O, Britaniya tarixində 70 il 7 ay olmaqla ən uzun rəhbərlik etmiş kraliça olub. Onun böyük oğlu Şahzadə Çarlz III Çarlz adını alaraq yeni monarx olub. Tacqoyma mərasimi ötən il mayın 6-da Londondakı Vestminster abbatlığında baş tutub.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   IIElizabet   kraliça   BöyükBritaniya  





Xəbər lenti