Sabaha gözlənilən hava proqnozu
Havanın temperaturu gecə 19-22° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 765 millimetr civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 faiz, gündüz 40-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində mülayim şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 24-25° isti, Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.
Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23° isti, gündüz 28-33° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacağı proqnozlaşdırılır.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər arabir duman olacağı gözlənilir. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23° isti, gündüz 28-33° isti olacağı bildirilir.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 18-23° isti, bəzi yerlərdə 25-27° isti olacaq.
Şərqi Zəngəzur bölgəsində hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13° isti, gündüz 17-22°, bəzi yerlərdə 26°-dək isti olacağı proqnozlaşdırılır.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalan rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22° isti, gündüz 25-30° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 14-19° isti, gündüz 23-28° isti, dağlarda gecə 11-16° isti, gündüz 19-24° isti olacağı bildirilir.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Ağdaş, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın temperaturu əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi qərb rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər arabir duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23° isti, gündüz 28-33° isti olacağı bildirilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava yağmursuz keçəcək. Gecə və səhər arabir duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 26-31° isti, dağlarda gecə 15-17° isti, gündüz 20-25° isti olacaq.
AzVision.az
Teqlər: