Tozun konsentrasiyası norma həddinə düşüb

Tozun konsentrasiyası norma həddinə düşüb
  06 Sentyabr 2024    Oxunub:1782
Bir neçə gün ərzində Bakıda və Abşeron yarımadasında, həmçinin Xəzər dənizi sahili boyu ərazilərdə müşahidə olunan tozun konsentrasiyası hazırda norma həddinə düşüb.
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib. O qeyd edib ki, sentyabrın 7-si səhər saatlarından başlayaraq sinoptik vəziyyətlə əlaqədar yenidən ölkə ərazisinə şərq istiqamətindən transsərhəd toz-dumanının daxil olması gözlənilir: "Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq iki gün ərzində davam edəcək".

AzVision.az


Teqlər:





Xəbər lenti