Paşinyan BRICS sammitində iştirak edəcək

   Paşinyan BRICS sammitində iştirak edəcək
  06 Sentyabr 2024    Oxunub:277
Ermənistanı BRICS sammitində baş nazir Nikol Paşinyan təmsil edəcək.
AzVision.az xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan məlumat verib.

Paşinyan Rusiyanın qucağına “sərxoş oğul” kimi qayıdır - "Hraparak"
Bir müddət əvvəl parlamentin xarici əlaqələr komissiyasının rəhbəri Sarkis Xandanyan yerli KİV-lərdən birinə müsahibəsində demişdi ki, İrəvan BRICS-ə qoşulmaq üçün müraciət etmək niyyətində deyil.

Qeyd edək ki, sözü gedən zirvə toplantısı 22-24 oktyabr tarixləri arasında Kazanda keçiriləcək.

Bundan əvvəl Rusiya rəsmiləri MDB ölkələrinin liderlərinin sammitə dəvət edildiyini bildirmişdilər. Sammitə təşkilata daxil olmayan bir sıra ölkələrin liderləri də iştirak edəcək. O cümlədən Türkiyə prezidentinin də iştirakı təsdiqlənib.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:   Ermənistan   Paşinyan   BRICS  





Xəbər lenti