“Aznur” minifutbol üzrə Çempionlar Liqasına qələbə ilə başlayıb

“Aznur” minifutbol üzrə Çempionlar Liqasına qələbə ilə başlayıb
  06 Sentyabr 2024    Oxunub:270
Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasında təmsil edən “Aznur” komandası bu gün növbəti oyununu keçirəcək.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi Ukraynanın “Andezit Xust” kollektivi ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, “Aznur” ötən gün “Fransanın "Bayonna" komandasına 2:1 hesabı ilə qalib gəlib. Komanda Polşanın paytaxtı Varşavada keçirilən minifutbol üzrə Çempionlar Liqasında növbəti matçını da keçirib. Təmsilçimiz İsveçin "Qalport" klubu ilə qarşılaşıb. Görüş 2:2 hesabı ilə yekunlaşıb. Azərbaycan komandasının heyətində V.Rəhimov (37) və R.Eyvazov (41) fərqləniblər.

AzVision.az



Teqlər:





Xəbər lenti