İlham Əliyev baş nazirlə görüşdü

İlham Əliyev baş nazirlə görüşdü
  19 Aprel 2013    Oxunub:1150
Azərbaycan Prezidenti İlham Əliyev Makedoniyanın Baş naziri Nikola Qruevskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı Makedoniya nümayəndə heyətinin Azərbaycana səfərinin uğurlu olacağına və ikitərəfli münasibətlərin inkişafına dair məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaradacağına ümidvar olduğunu bildirib.

Makedoniyanın Baş naziri Nikola Qruevski ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu, siyasi əlaqələrlə yanaşı, ölkəsinin Azərbaycan ilə iqtisadi və digər sahələrdə də əlaqələri genişləndirməkdə maraqlı olduğunu deyib.

Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığa dair imzalanacaq sənədin önəmi vurğulanıb, əlaqələrimizin enerji, turizm, sərmayə qoyuluşu və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Teqlər:





Xəbər lenti