Lamiyə Vəliyeva gümüş medal qazanıb

Lamiyə Vəliyeva gümüş medal qazanıb
  07 Sentyabr 2024    Oxunub:282
Azərbaycan paraatleti Lamiyə Vəliyeva "Paris-2024" Yay Paralimpiya Oyunlarında növbəti kateqoriyada çıxış edib.
AzVision.az xəbər verir ki, o, T13 kateqoriyası üzrə 400 metr məsafəni 55.09 saniyəyə başa vurub.

İdmançımız gümüş medala layiq görülüb və yarışı ikinci pillədə tamamlayıb.

Xatırladaq ki, Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçışda qızıl medal qazanaraq çempion olmuşdu.

AzVision.az


Teqlər: Paris-2024   idman   medal  





Xəbər lenti