Öldürülən erməni zabiti mayor olub
Artsryun Ovannisyanın sözlərinə görə, bu gün Yexeqnadzor şəhərində keçirilən hərbi paradda müdafiə naziri Seyran Ohanyan deyib ki, erməni zabiti azərbaycanlı hərbçilər tərəfindən öldürülüb. Nazir bundan başqa atışma zamanı bir azərbaycanlı kəşfiyyatçının öldürüldüyünü və Ermənistan tərəfdən isə daha bir nəfərin yaralandığını deyib. Bildirib ki, yaralı İrəvandakı hospitala aparılıb. Lakin ölən və yaralanan ermənilərin adları açıqlanmayıb.
Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri atışmanın təfərrüatları barədə əlavə məlumat vermək istəməyərək bildirib ki, bu haqda sonra daha müfəssəl məlumat yayacaqlar.
***
Ermənistan KİV-ləri iyulun 11-də cəbhə xəttində Azərbaycan hərbçiləri tərəfindən məhv edildiyi deyilən erməni zabitinin və atışma zamanı yaralanan şəxsin adlarını açıqlayıb.
Ermənistan mətbuatının verdiyi məlumata görə, öldürülən erməni zabiti mayor Sərkis Abramyan, yaralanan şəxs isə 1977-ci il təvəllüdlü Karina Davtyandır. Mayorun 42 yaşında olduğu da bildirilir./virtualaz/