Azərbaycan paraüzgüçüsü Roman Saley Paris 2024-də növbəti medalını qazanıb

Azərbaycan paraüzgüçüsü Roman Saley Paris 2024-də növbəti medalını qazanıb
  07 Sentyabr 2024    Oxunub:218
Paris-2024 Paralimpiya Oyunları davam edir.
AzVision.az Apasport.az-a istinadən xəbər verir ki, paraüzgüçümüz Roman Saley növbəti medalını əldə edib.

O, S12 kateqoriyasında 100 metr məsafəyə "butterfly" (kəpənək) üsulla üzmədə bürünc qazanıb. 58,13 saniyəlik nəticə göstərən paraüzgüçümüz finiş xəttinə üçüncü çatıb. Bu, onun Paralimpiadada 3-cü medalı olub.

Qeyd edək ki, Roman Saley bunadək Parisdə 1 gümüş və 1 bürünc medal qazanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti