Xatirə İsmiyeva turniri mükafatsız başa vurub

Xatirə İsmiyeva turniri mükafatsız başa vurub
  07 Sentyabr 2024    Oxunub:196
Parisdə keçirilən XVII paralimpiya oyunları davam edir.
AzVision.az İdman.biz-ə istinadən xəbər verir ki, bu gün 3 paracüdoçumuz tatamiyə çıxıb.

J1 kateqoriyasında yarışan, +70 kq çəkidə yer alan Xatirə İsmiyeva ilk görüşdə Maryam Aldhanhaniyə (BƏƏ) “ipponla” qalib gəlib. O 1/4 finalda Nazan Günəşə (Türkiyə) məğlub olub. İsmiyeva bürünc uğrunda təsəlliverici görüşdə venesuellalı Sanabriya Alkala ilə güləşməli olsa da rəqib tatamiyə çıxmayıb. Nəticədə texniki qələbə qazanan Xatirə, bürünc uğrunda amerikalı Qarsiya Kristellaya uduzub.

AzVision.az



Teqlər:





Xəbər lenti