Hikmət Hacıyev ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin rəsmisi ilə görüşüb

   Hikmət Hacıyev ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin rəsmisi ilə görüşüb
  08 Sentyabr 2024    Oxunub:1398
ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Prior Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

AzVision.az -ın xəbərinə görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Görüşdə ABŞ-Azərbaycan münasibətləri və təhlükəsizlik əməkdaşlığı müzakirə edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti