Bu dəfə güldürmədi...

// “KVN”in əfsanəvi aparıcısı vəfat edib

   Bu dəfə güldürmədi...
  08 Sentyabr 2024    Oxunub:247
Şən və Hazırcavablar Klubunun (ŞHK) məşhur aparıcısı Aleksandr Maslyakov 82 yaşında vəfat edib. 1964-cü ildən “KVN” proqramının dəyişməz aparıcısı olan Maslyakov MDB məkanında yumorun və satiranın siması sayılan şəxslərdən idi.
“O, ŞHK hərəkatının iştirakçıları və milyonlarla tamaşaçı üçün əfsanə idi, daim elə də qalacaq”,- deyə klubun saytında dərc olunan nekroloqda vurğulanır.

Aleksandr Maslyakov 1941-ci il, noyabrın 24-də Sverdlovsk (hazırda Yekaterinburq) şəhərində anadan olub. 1964-cü ildən sovet televiziyasında “Alo, istedadlar axtarırıq”, “Şən uşaqlar”, “12-ci mərtəbə”, “İlin mahnısı” kimi verilişləri aparıb. “Kim? Nə? Harada?” proqramının ilk aparıcısı da o olub.

Qeyd edək ki, Maslyakov iki dəfə koronovirusa yoluxmuşdu. Xəstələnəndən sonra ağ ciyərində bədxassəli şiş tapıldığı haqda məlumat yayılsa da, aparıcı təkzib etmişdi.

Samir Quliyev
AzVision.az


Teqlər: KVN   Maslyakov  





Xəbər lenti