Ağdaşa toya gələn gənci öldürən şəxs saxlanılıb

   Ağdaşa toya gələn gənci öldürən şəxs saxlanılıb
  09 Sentyabr 2024    Oxunub:248
Sentyabrın 8-də saat 00:05 radələrində Ağdaş şəhərində 1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan AzVision.az -a bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 1970-ci il təvəllüdlü Qadir Məmmədov saxlanılıb.

Hadisə şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır. Qeyd edək ki, Qobustanın Nərmankənd sakini 28 yaşlı İlkin İsgəndərli Ağdaşda keçirilən toy məclisində qonaq qismində iştirak edib. Mərasim zamanı onunla Qadir Məmmədov arasında baş verən mübahisəsi davaya çevrilib.

Dava zamanı müxtəlif bıçaq xəsarətləri alan İlkin İsgəndərli ağır vəziyyətdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti