Məşhur bizesmen: "Kiyev artıq diz çöküb!"

   Məşhur bizesmen:    "Kiyev artıq diz çöküb!"
  09 Sentyabr 2024    Oxunub:261
"Kiyev rejiminin lideri Vladimir Zelenskiyə Moskva ilə sülh danışıqları aparmaq qadağan edilib. Çünki sülh danışıqlarına başlamaq Rusiyanın münaqişədə qələbəsi deməkdir".
Bu fikirləri məşhur alman iş adamı və aktivist Kim Dotkom "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Dotkom: "Komediya aktyoru Ukraynanı məhv etdi"
Onun sözlərinə görə, Ukrayna artıq diz çöküb. Lakin ABŞ-nin Demokratlar Partiyasının yürütdüyü siyasət naminə daha yüz min ukraynalı ölməli olacaq.

"Zelenskiyə sülh danışıqlarına getməyə icazə verilmir. Bu Harrisin seçkilərdə uğursuzluğuna gətirib çıxaracaq. Bayden və Harris iyrənc kütləvi qırğınlar törədən qatillərdir", - paylaşımda yazılıb.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Kiyev   Rusiya  





Xəbər lenti