Azəriqaz" İB-nin 32 il sonra Xocalıda isitdiyi ocaq - VİDEO

Azəriqaz" İB-nin 32 il sonra Xocalıda isitdiyi ocaq -  VİDEO
  09 Sentyabr 2024    Oxunub:255
Onlar bir qış gecəsində amansız düşmənin güllə yağışı altında soyqırımına məruz qalıb, çoxsaylı şəhidlər verərək doğma yurdu tərk etməyə məcbur olmuşdular...
Həmin dəhşətli gecədə ən doğmalarını itirən Xocalı sakinlərindən biri də Elmira Allahverdiyevadır. İndi isə şəhid qanı ilə müqəddəsləşmiş Xocalıda yeni həyata başlamaq üçün 32 il sonra qalib dövlətin vətəndaşı kimi geri qayıdırlar Xocalı sakinləri...Uzun illər işğal altında qalan Xocalı azad olunduqdan sonra qısa müddət ərzində burada bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi də Xocalı sakinlərinin təbii qaza olan tələbatının dayanıqlı və fasiləsiz şəkildə təmin edilməsi üçün lazımi işlərin icrasını davam etdirir.



AzVision.az



Teqlər:





Xəbər lenti