Narkokuryerdən 50 kq narkotik aşkarlanıb - VİDEO

Narkokuryerdən 50 kq narkotik aşkarlanıb -    VİDEO
  09 Sentyabr 2024    Oxunub:320
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir zamanı narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsini təşkil edən əvvəllər dəfələrlə məhkum olunmuş 1988-ci il təvəllüdlü Sakit Musayev saxlanılıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, onun üzərindən və evindən ümumilikdə 50 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, tiryək və metamfetamin aşkarlanaraq götürülüb:

"S.Musayev narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əvvəlcədən müəyyən olunmuş yerdən götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıb. İstintaq araşdırmaları zamanı ortaya çıxan sübutlar S.Musayevin narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəbəkənin əsas üzvlərindən biri olduğunu təsdiqləyib".

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. S.Musayevin üzvü olduğu narkoşəbəkənin digər iştirakçılarının şəxsiyyətlərinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir.



AzVision.az



Teqlər:





Xəbər lenti