“Dağlıq Qarabağın prezidenti” termini mövcud deyil" - Simonyan

  “Dağlıq Qarabağın prezidenti” termini mövcud deyil"    - Simonyan
  09 Sentyabr 2024    Oxunub:993
Ermənistan parlamentinin spikeri Alen Simonyan diqqət çəkən açıqlamalar verib.
O, deputatların üç illik fasilədən sonra Ermənistan-Dağlıq Qarabağ parlamentlərarası komissiyasının çağırılması təklifini cavablayıb. Spiker bildirib ki, komissiyanın buraxılması artıq zərurətə çevrilib. Çünki qarşı tərəfin heç bir səlahiyyəti qalmayıb.

Ermənistan Milli Assambleyasının rəhbəri qeyd edib ki, onun üçün artıq "Dağlıq Qarabağ"ın rəsmiləri, “Dağlıq Qarabağın prezidenti” termini mövcud deyil. O, hüquqşünas kimi hesab edir ki, qeyd olunan formatın ləğvi məsələsini ciddi şəkildə müzakirə etmək lazımdır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti