İlham Əliyev həmkarını təbrik etdi

İlham Əliyev həmkarını təbrik etdi
  13 İyul 2014    Oxunub:972
Azərbaycan Prezidenti İlham Əliyev Monteneqronun Prezidenti Filip Vuyanoviçə məktub göndərib.
AzVision.az xəbər verir ki, təbrik məktubunda deyilir:

Hörmətli cənab Prezident,

Monteneqronun milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Monteneqro əlaqələrinin hazırkı dinamik inkişafı məmnunluq doğurur. Ümidvaram ki, dost ölkələrimiz arasında qarşılıqlı maraq doğuran əməkdaşlığın dərinləşdirilməsi yolunda səylərimiz bundan sonra da davam edəcək.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.


Teqlər:  





Xəbər lenti