Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq
  09 Sentyabr 2024    Oxunub:252
Yardımlı rayonunun iki kəndində qazın verilişində məhdudiyyət yaranacaq.
AzVision.az xəbər verir ki, rayon ərazisində "Yardımlı" qazpaylayıcı stansiyadan qidalanan Çayüzü kəndi istiqamətində 2700 metr ortatəzyiqli qaz xətlərinin kipliyə sınaq edilməsi məqsədilə 11 sentyabr tarixində saat 14:00-dan işlər başa çatanadək Çayüzü və Pirembel kəndləri olmaqla ümumilikdə 220 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.

AzVision.az



Teqlər:





Xəbər lenti