Kəskin iqlim dəyişikliyi barədə xəbərdarlıq

   Kəskin    iqlim dəyişikliyi    barədə xəbərdarlıq
  10 Sentyabr 2024    Oxunub:1379
2040-cı ilə dünya əhalisinin təxminən 70%-i iqlim fəlakətlərinin kəskin artması ilə üzləşəcək.
AzVision.az xəbər verir ki, “CICERO” beynəlxalq İqlim Araşdırmaları mərkəzinin bir qrup alimi ABŞ-nin Ridinq universitetinin mütəxəssislərinin dəstəyi ilə iri iqlim modellərindən istifadə etməklə müvafiq tədqiqatlar apardıqdan sonra bu qənaətə gəlib.

“Nature Geoscience (NatGeo)” jurnalında dərc olunan məlumata görə, yaxın 20 il ərzində tropik və subtropik bölgələrdə orta temperatur əhəmiyyətli dərəcədə yüksələcək.

Tədqiqatçıların araşdırmalarına əsasən, sürətli iqlim dəyişikliyi misli görünməmiş şərait və təbii fəlakətlər riskini artırır - şiddətli istilik dalğalarından tutmuş böyük miqdarda yağıntılara və bunun nəticəsi olan daşqınlara qədər. Alimlərin fikrincə, bütün bunlar insanların və mal-qaranın sağlamlığına, infrastruktura, yaşayış binalarına və ətraf mühitə ziyan vura bilər.

Mütəxəssislər bildiriblər ki, buxar qazı tullantılarının əhəmiyyətli dərəcədə azaldılmasını nəzərdə tutan ən yaxşı ssenaridə təhlükəli hava şəraiti 1,5 milyard insana və ya dünya əhalisinin 20%-nə təsir edəcək.

Bundan əvvəl alimlər Sakit Okeanda bütün dünyada hava şəraitinə əhəmiyyətli təsir göstərə biləcək La-Ninya fenomeni barədə xəbərdarlıq etmişdilər. Onların iddiasına görə, bu fenomen yaxın aylarda inkişaf etməyə başlaya bilər. Alimlər bildirirlər ki, Sakit okeanın ekvotarial sularının soyuması minlərlə mil uzaqlıqdakı hava şəraitinə təsir göstərə bilər. Bunun mümükn nəticələri sırasına Atlantik okeanında aktiv qasırğa mövsümünün davam etməsi də daxildir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: iqlim   dəyiçiklik   xəbərdarlıq  





Xəbər lenti