Ukraynalılar sülh danışıqlarının başlanmasını istəyirlər

Ukraynalılar    sülh danışıqlarının    başlanmasını istəyirlər
  10 Sentyabr 2024    Oxunub:973
Ukraynada gənclər əraziləri sülhə dəyişməyə hazırdırlar.
AzVision.az xəbər verir ki, bu barədə məlumat yayan “The Wall Street Journal (WSJ)” qəzetinin jurnalistləri keçirilən sorğunun nəticələrinə istinad edərək, bir çox ukraynalı gəncin döyüşləri dayandırmaq üçün “qeyri-mükəmməl sülhü” qəbul etməyə hazır olduğunu bildirirlər.

Məsələn, Kiyevin nəzarətində olan Zaporojye şəhərinin 33 yaşlı sakininin sözlərinə görə, o, 2023-cü ildə Ukrayna ordusunun uğursuz əks-hücumundan sonra sülh danışıqları ilə bağlı mövqeyinə yenidən baxmağa başlayıb. Bundan sonra əri cəbhəyə aparılıb. İndi qadın etiraf edir ki, münaqişəyə son qoyulması üçün Rusiya ordusunun nəzarətində olan bütün ərazilərin Moskvaya verilməsinə razıdır.

“İnsanların Rusiya ilə danışıqlara daha həvəsli görünməsinin özü böyük dəyişiklikdir”, - Odessadakı Beynəlxalq Araşdırmalar mərkəzinin direktoru Vladimir Dubovik deyib.

Ukraynada 10 min fərari var, 7 min nəfərə cinayət işi açılıb - “La Repubblica”
Qeyd edək ki, İtaliyanın məşhur “La Repubblica” qəzeti Ukraynada 10 min fərarinin olduğunu və 7 min nəfərə cinayət işinin açıldığını yazıb.

Bundan əvvəl Rusiyanın Xarici İşlər nazirliyi Kiyevlə danışıqların mümkünlüyü məsələsinə aydınlıq gətirmişdi. Nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Ukrayna ordusunun Kursk vilayətinə hücumu kontekstində Kiyevlə dialoqdan söhbət gedə bilməz.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ukrayna   ərazilər   sülh  





Xəbər lenti