Kolleclərə qeydiyyat başladı

   Kolleclərə qeydiyyat başladı
  10 Sentyabr 2024    Oxunub:430
Sentyabrın 10-da ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib.
AzVision.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Qəbul olunan şəxslər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 17 sentyabr saat 18:00-da başa çatacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti