25 kq-dan çox gümüşü gömrükdən gizlətmək istədi

25 kq-dan çox gümüşü gömrükdən gizlətmək istədi
  11 Sentyabr 2024    Oxunub:356
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları 25 kq-dan çox gümüşün qanunsuz yolla gömrük sərhədindən keçirilməsinin qarşısını alıb.
AzVision.az komitəyə istinadən xəbər verir ki, Bakı-İstanbul aviareysi ilə gedən ölkə vətəndaşının baqaj yüklərinə rentgen qurğusunda keçirilən baxış zamanı şübhəli təsvirlər müşahidə olunub.

2 ədəd baqaj yüklərində aparılan yoxlama zamanı ümumilikdə 77 ədəd kütlədən ibarət 25 kiloqram 56 qram gümüş aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti