“YAŞAT” Fondu şəhidlərin övladlarına dəstəyi davam etdirir

“YAŞAT” Fondu şəhidlərin övladlarına dəstəyi davam etdirir
  11 Sentyabr 2024    Oxunub:311
“YAŞAT” Fondunun təşkilatçılığı, “Azərkontrakt” ASC-nin və “Roof Academic Training” MMC-nin dəstəyi ilə şəhid övladlarının dünyanın nüfuzlu universitetlərinə təqaüdlə qəbul olmasına dəstək göstərilməsi nəzərdə tutulur.
Proqram şəhidlərimizin 9,10,11-ci siniflərdə və universitetin 1-ci kursunda (yenidən bakalavr dərəcəsinə müraciət etmək istəyən) təhsil alan övladlarının bakalavr, 3 və 4-cü kurs tələbəsi olan şəhid övladlarının isə magistr təhsilindən yararlanmasına imkan yaradacaq.

Qeyd olunan meyarlara cavab verən şəhid övladları yalnız onlayn qaydada müraciət edə bilərlər. İlkin müraciət formasını dolduran namizədlərin seçimi növbəti mərhələdə müvafiq müəssisə tərəfindən təşkil edilən fərqli mərhələlərdən ibarət müsahibə əsasında aparılacaq. Müraciəti qeyd olunan linkə keçid edərək tamamlamaq olar.

Qeydiyyat linki: https://forms.gle/vN4dnkcYfwewHfJC8

AzVision.az



Teqlər:





Xəbər lenti