Fransa qəzeti Bakı oyunlarından yazdı

Fransa qəzeti Bakı oyunlarından yazdı
  13 İyul 2014    Oxunub:1070
Fransanın gündəlik "Nice-Matin" qəzetinin 12 iyul tarixli nömrəsində 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının təqdimatı ilə əlaqədar iyulun 11-də Kannda Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə təşkil olunan yürüşdən bəhs edən "Bakı Kruazettdə" sərlövhəli məqalə dərc edilib.
AzVision.az xəbər verir ki, məqalədə "Bakı-2015" birinci Avropa Oyunlarına həsr olunan tədbirin ilk dəfə Kannda baş tutduğu, gələn il Azərbaycanda keçiriləcək Avropa Oyunları ilə bağlı Kruazettdə 5 kilometrlik məsafədə yürüş təşkil olunduğu bildirilir.

Yürüşdə 100-dən artıq həvəskarın iştirak etdiyi vurğulanan məqalədə qaliblərin də fikirlərinə yer verilir.

Yazıda gələn il iyunun 12-dən 28-dək davam edəcək Avropa Oyunlarında idmanın müxtəlif növləri üzrə yarışların keçiriləcəyi diqqətə çatdırılır.


Teqlər:  





Xəbər lenti