Kərim fonaqramma oxuduğu üçün döyüldü -YENİLƏNİB

 Kərim fonaqramma oxuduğu üçün döyüldü -YENİLƏNİB
  11 Sentyabr 2024    Oxunub:985
Daxili İşlər Nazirliyi müğənni Kərimin restoranların birində döyülməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, sentyabrın 10-da axşam saatlarında paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş vermiş insidentlə bağlı qarşılıqlı şikayətlər əsasında ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb.

Belə ki, tərəflərin ərizə və izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırma davam etdirilir.

"Report"un əldə etdiyi məlumata görə, müğənni Kərim Abbasov fonaqramma ifa etdiyi üçün məclis sahibinin narazılığına səbəb olub və bundan sonra tərəflər arasında mübahisə baş verib.

***

Müğənni Kərim Abbasov toyda döyülüb. AzVision.az Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş verib. Sənətçi qatıldığı toy şənliyində döyülüb.

Ancaq hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Bildirilib ki, toyda baş verən insidentdə iştirak edən bir neçə nəfəri polis saxlayıb. Araşdırma gedir.

AzVision.az



Teqlər:





Xəbər lenti