Azərbaycan EBRD ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib

Azərbaycan EBRD ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib
  11 Sentyabr 2024    Oxunub:261
Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında COP29 çərçivəsində tərəfdaşlıq müzakirə edilib.
AzVision.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“EBRD Türkiyə və Qafqaz üzrə yeni idarəedici direktoru Elizabeta Falçettiyə fəaliyyətində uğurlar arzulayırıq. Xanım Falçetti ilə keçirdiyimiz görüşdə Azərbaycan – EBRD əməkdaşlığının prioritetləri, potensial layihələr və COP29 çərçivəsində tərəfdaşlıq barədə danışdıq", - deyə o qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti