Səyyar ASAN xidmət Xaçmazda

Səyyar ASAN xidmət Xaçmazda
  11 Sentyabr 2024    Oxunub:255
Səyyar ASAN xidmət avtobusu sentyabr ayının 2-dən Xaçmaz şəhəri H.Z. Tağıyev küçəsi 13 ünvanında vətəndaşlara xidmət göstərir.
Xaçmaz rayonunda 18 dəfə səyyar xidmət avtobusu, 3 dəfə “ASAN Qatar” vasitəsilə ümumilikdə 21 dəfə səyyar xidmət gerçəkləşib. Bu dövr ərzində Xaçmaz rayonunda səyyar xidmət avtobusu vasitəsilə 67.731, ASAN Qatar vasitəsilə isə 11.502 vətəndaş müraciəti daxil olub.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.

Hazırda Xaçmaz şəhərində fəaliyyət göstərən Səyyar ASAN avtobusun növbəti dayanacağı Siyəzən rayonu olacaq.
2013-cü ildən həyata keçirilən Səyyar ASAN xidmət vasitəsi ilə ümumilikdə 3 milyondan çox, 2024-cü il ərzində isə 110.000-dən çox vətəndaş müraciəti daxil olub.

Xatırladaq ki, “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlardakı əhaliyə xidmətlərin çatdırılması və onların mərkəzlərə gəlmədən xidmətlərdən yararlanması üçün xüsusi təchiz edilən 10 xüsusi avtobus vasitəsilə səyyar formada əhaliyə xidmət göstərilir. Əsas məqsədlər dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

AzVision.az



Teqlər:





Xəbər lenti