Azərbaycanın turizm potensialı Moskvada tanıdılıb

Azərbaycanın turizm potensialı Moskvada tanıdılıb
  11 Sentyabr 2024    Oxunub:718
Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun iştirakı ilə bu gün Rusiyanın paytaxtı Moskvada keçirilən “MICE4U” tədbirində ölkəmizin işgüzar turizm potensialı tanıdılıb.
AzVision.az agentliyə istinadən xəbər verir ki, tədbirdə iştirakın əsas məqsədi Azərbaycanın qabaqcıl işgüzar tədbirlər destinasiyası kimi mövcud imkanlarını qlobal müstəvidə nümayiş etdirmək, potensial tədbirləri və tərəfdaşları müəyyənləşdirmək, həmçinin təbliğat fəaliyyətini genişləndirməkdir.

Rusiyanın işgüzar turizm sahəsi üzrə aparıcı mütəxəssis və agentlikləri ilə keçirilən B2B formatlı görüşlərdə Azərbaycanda işgüzar tədbirlərin təşkili üzrə mövcud infrastruktur və bütövlükdə ölkəmizin turizm potensialı haqqında məlumat verilib.

Bu ilin yanvar-avqust aylarında Rusiyadan Azərbaycana 501 417 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18 %-dan çox artım deməkdir.

AzVision.az



Teqlər:





Xəbər lenti